Zirvəyə dəvət

Ölkəmizdə ikinci dəfə 13 Noyabr 2026 tarixində qapılarını açacaq Süni İntellekt Zirvəsi — bu il daha böyük, daha enerjili və daha təsirli formatda geri qayıdır! Azərbaycanın rəqəmsal gələcəyinin nəbzini tutan bu möhtəşəm tədbir, süni intellektin ən son trendlərini, ilhamverici ideyaları və real əməkdaşlıq imkanlarını bir araya gətirən unikal bir təcrübə vəd edir.


The Ritz-Carlton məkanında keçiriləcək Zirvə, dövlət və özəl sektor nümayəndələrini, dünyaca tanınmış ekspertləri və qabaqcıl texnologiya şirkətlərini bir çətir altında toplayaraq, ilham, biliyi və network-u vahid bir enerjiyə çevirəcək.


Bu il Zirvə sadəcə konfranslar deyil — bir təcrübə olacaq:

Əsas Səhnə — dünya səviyyəli spikerlər və ürəkaçan ideyalar

Treklər — sənayeyə görə fokuslanmış dərin müzakirələr

AI Playground zonalar — süni intellekti canlı sınamaq, yaşamaq və kəşf etmək imkanı

Masterklass — praktiki bacarıqları ekspertlərdən birbaşa öyrənmək fürsəti


"Uzadılmış indi" konsepti ilə keçiriləcək bu Zirvə, gələcəyi bu gün yaşamağa dəvət edi

Baku Heart Days
0
×
×